Modern.az

Tağı Əhmədov işdən çıxarıldı

Tağı Əhmədov işdən çıxarıldı

Ölkə

27 Fevral 2014, 14:22

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Modern.az saytı xəbər verir ki, ölkə başçısı İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki,
Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılır. Cəmiyyət Bakı Metropolitenin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib.

Sərəncamla müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etməlidir.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi