Modern.az

Yanukoviç Rusiyadan yardım istədi: “Həyatım təhlükədədir”

Yanukoviç Rusiyadan yardım istədi: “Həyatım təhlükədədir”

27 Fevral 2014, 14:37

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiyadan şəxsi təhlükəsizliyinin təmin olunmasını xahiş edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda keçmiş prezident özü bəyanat yayıb: “Mənim və tərəfdarlarımın ünvanına məhv ediləcəyimiz haqda xəbərdarlıq olunur. Rusiya Federasiyası hakimiyyətindən ekstremistlərin əməllərindən şəxsi təhlükəsizliyimin təmin olunmasını xahiş etməyə məcburam”.

Yanukovic ukraynalılara müraciətində isə özünü hələ də bu ölkənin qanuni prezidenti hesab etdiyini bildirib.

“Yanukoviçin şəxsi təhlükəsizliyinin təmin olunması ilə bağlı Rusiya hakimiyyətinə müraciətinə razılıq verilib”, - Rusiyanın hökumət strukturlarındakı nümayəndə deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil