Modern.az

Makronun sözünün çəkisi yoxdur

Makronun sözünün çəkisi yoxdur

Dünya

25 İyul 2025, 19:58

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını tənqid edib.

 

Modern.az bu barədə "Reuters” agentliyinə istinadən xəbər verir.

 

“Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” - Tramp Ağ Evdə jurnalistlərə deyib.

 

Qeyd edək ki, Emmanuel Makron sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular