Son 15 gün ərzində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınlarının törədilməsində əli olan 17 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir ölkənin meşəlik ərazilərini “yaşıl Vətən” adlandıraraq, vətəndaşları qorumağa çağırıb.
Bu arada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iqlim dəyişikliyinin nəticələri ilə mübarizəni daha effektiv şəkildə həyata keçirmək məqsədilə Risklərin İdarə Olunması Mərkəzinin yaradıldığını bəyan edib.
Türkiyə hakimiyyətinin məlumatına görə, iyulun 25-də yanğınsöndürənlər və könüllülər ümumilikdə 73 meşə yanğınını söndürmək üçün mübarizə aparıblar. Bu yanğınların böyük əksəriyyəti insan faktoru səbəbindən baş verib.