Modern.az

Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü

Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü

Aktual

26 İyul 2025, 16:34

Şuşa şəhərində ictimai qaydanın qorunması, ərazidə təmizliyin və sanitariya normalarının təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.

Bildirilib ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlarla maarifləndirici söhbətlər aparılır, ərazinin təmiz saxlanmasının vacibliyi izah olunur.

Qeyd olunur ki, Şuşa bizim qürurumuzdur, gəlin onu təmiz və nümunəvi saxlayaq. Bütün vətəndaşlardan qaydalara əməl etmələri, təbiətə və ictimai mühitə qarşı məsuliyyətli davranmaları xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək