Modern.az

Qəzzada aclıq - 5 fələstinli öldü

Qəzzada aclıq - 5 fələstinli öldü

27 İyul 2025, 10:04

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 70-dən çox fələstinli həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qətərin “ Al Jazeera” telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, şənbə günü azı 71 nəfər, o cümlədən humanitar yardım gözləyən 42 nəfər, daha beş fələstinli isə aclıqdan ölüb.

 

Dronların zərbələri nəticəsində Xan Yunis şəhərinin cənubundakı əl-Məvasi bölgəsində çadırda sığınan 5 nəfər həlak olub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular