Modern.az

İranda iki siyasi məhbus edam edildi

İranda iki siyasi məhbus edam edildi

Dünya

27 İyul 2025, 20:12

Bu gün səhər saatlarında Evin zindanında saxlanılan iki siyasi məhbus dar ağacından asılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbuat orqanı olan "Mizan Online" saytı məlumat yayıb.

 

Məlumata görə, hər iki məhbus "dövlət quruluşuna qarşı silahlı üsyan", "Xalq Mücahidləri təşkilatına üzv olmaq", "gizli məlumat toplamaq" və "milli təhlükəsizliyə qarşı əlbir olmaq" ittihamları ilə günahlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək