Modern.az

Amerikalı həmsədr Azərbaycanı İTTİHAM etdi: “Biz də Sumqayıt hadisələrini xatırlayırıq”

Amerikalı həmsədr Azərbaycanı İTTİHAM etdi: “Biz də Sumqayıt hadisələrini xatırlayırıq”

27 Fevral 2014, 16:51

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrini xatırladıb. Modern.az-ın məlumatına görə, o, bu barədə  rəsmi Twitter səhifəsində Azərbaycanı və Ermənistanı tolerant olmağa çağırıb.  

“Biz də Sumqayıt hadisələrini xatırlayırıq. Həm Azərbaycan həm də Ermənistan tolerantlıq, inam və insanların inkişafını nəzərdə tutan proqramları dəstəkləməlidir”-deyə amerikalı həmsədr bildirib.

Qeyd edək ki, 1988-ci il fevralın sonlarında SSRİ DTK-sının provokasiyası nəticəsində Sumqayıtda erməni əhalisinə qarşı hucumlar təşkil edilib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil