“Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuku Ali Rada Ukraynanın baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, onun lehinə 371 nəfər səs verib. Yatsenyuk çıxışında ölkədəki situasiyanın stabilləşdirilməsi üçün bir neçə populyar olmayan qərarların qəbulu haqda anons verib. Bu subsidiyalar, qiymətlər, sosial proqramların ixtisarı ilə bağlıdır. Onun fikrincə, bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsinin demək olar boş olmasıdır. Dövlət borcu isə artıq 70 milyard dollardır.
Modern.az