Modern.az

Beynəlxalq axtarışda olan şəxs Türkiyəyə təhvil verildi

Beynəlxalq axtarışda olan şəxs Türkiyəyə təhvil verildi

Aktual

28 İyul 2025, 12:10

Azərbaycan Türkiyədə quldurluğa görə beynəlxalq axtarışa verilmiş şəxsi təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var