Modern.az

BDU-da tələbənin şikayətilə bağlı komissiya yaradıldı AÇIQLAMA

BDU-da tələbənin şikayətilə bağlı komissiya yaradıldı AÇIQLAMA

27 Fevral 2014, 17:38

“BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın özünün də etiraf etdiyi kimi, dekan müavini Asif Bayramovun işdən çıxarılması onun şikayəti ilə əlaqəli deyil”.
Bunu Modern.az saytına açıqalamasında Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirib.

Onun sözlərinə görə, Tarix fakültəsinin dekan müavini Asif Bayramov səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq  üçün müraciət edib.

“Cəfər Xanəliyevin isə fakültənin tyutoru vəzifəsindən xaric olunması ilə bağlı əmr yoxdur. Bildirək ki, tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə  bununla bağlı mətbuata açıqlama veriləcək.”-deyə P.İbrahimova qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil