Modern.az

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

27 Fevral 2014, 17:47

Fevralın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiysının 5 üzvü saxlanılıb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, onlardan ikisinə məhkəmə hökmləri ilə incibati həbs cəzası verilib.

Polis əvvəlcə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini saxlayıb. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat yayıb. Məlumatda deyilir ki, hadisə dünən saat 17:00 radələrində baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq”a bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə edib və onun tələblərinə tabe olmayıb.
Beləliklə aydınlaşıb ki, Əli Kərimlinin mühafizəçisinə 20 sutka həbs cəzası verilib.
Bəhruz Həsənlidən bir qədər sonra AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli saxlanılıb. Protokol tətbiq edərək, 310-cu maddə ilə (polisə müqavimət) Nərimanov rayon məhkəməsinə aparıblar. Təzəxan Mirələmliyə 15 sutka həbs verilib.
Bəhruz Həsənli və Təzəxan Mirələmli fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polis tərəfindən hücum zamanı onun müdafiəsində aktivlik etmişdilər. Hər iki şəxsin məhz bu səbəbdən hədəfə gəldiyini ehtimal etmək olar.
AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn və gənc cəbhəçi Taleh Səmədov da polisə aparılıb.
Daha bir gənc cəbhəçi Fuad Əhmədlinin evinin qarşısında isə polis postu qurulub.
AXCP-dən verilən məlumata görə, bu gün Ilham Hüseynin məhkəməsi olacaq.

 

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil