Modern.az

Yanukoviç 52 milyon dollar verib Vahid Ələkbərovun qonşusu oldu - FOTO

Yanukoviç 52 milyon dollar verib Vahid Ələkbərovun qonşusu oldu - FOTO

Ölkə

27 Fevral 2014, 18:05

Ukraynanın keçmiş prezidenti Moskva ətrafındakı Barvikedə ev alıb. Modern.az saytı bildirir ki, bu haqda özünün Twitter səhifəsində “Yaşıllar və sosial-demokratlar” Alyansının mərkəzi şurasının sədri Oleq Mitvol yazıb: “Yanukoviç artıq Moskva ətrafının sakinidir. Amma Kiyev havası ilə yaşayır”.

Onun verdiyi məlumata görə, kottec eks-prezidentə 52 milyon dollara başa gəlib. Onu hətta həmin ərazidə gəzərkən görənlər də olub. Mitvol qeyd edib ki, Yanukoviçin qonşuları “LUKOYL” şirkətinin rəhbəri Vahid Ələkbərov və oliqarx Roman Abromoviçin qayınatası Aleksandr Jukovdur.


Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi