Naməlum silahlı qrupun nəzarətində olan Krım parlamenti bu il mayın 25-də muxtar respublikanın statusu haqqında referendum keçirilməsi haqda qərar qəbul edib. APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, parlament Anatoli Mogilyovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib.
Ukrayna Mərkəzi Seçki Komissiyası isə Krımda referendum keçirilməsinin qanunsuz olduğunu açıqlayıb.
Modern.az