Modern.az

Türkiyə hərbçisi şəhid oldu

Türkiyə hərbçisi şəhid oldu

Dünya

28 İyul 2025, 22:20

Türkiyənin Şırnak Jandarma Komandanlığında xidmət edən çavuş Mehmet Ali Yıldırım şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

 

Onun sözlərinə görə, jandarma mütəxəssisi xidməti vəzifələrini icra edərkən qayadan yıxılıb.

 

Ağır yaralanan çavuş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza