Modern.az

Bağçalarda müəllim işləmək istəyənlərin nəzərinə - Sənəd qəbulu başlayır

Bağçalarda müəllim işləmək istəyənlərin nəzərinə - Sənəd qəbulu başlayır

29 İyul 2025, 12:16

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Modern.az xəbər verir ki, namizədlər avqustun 4-ü saat 11:00-dək www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular