Modern.az

Ən bahalı maşın hansı deputatındır?

Ən bahalı maşın hansı deputatındır?

Parlament

28 Fevral 2014, 10:53

Ukraynada devrilmiş hökumətin talan etdiyi dövlət əmlakı və şəxsi varidatına dair hər gün yeni-yeni faktlar ortaya çıxır. İndi bu ölkədə siyasətçilərin özəl mülkiyyətinə dair hər bir təfərrüat istər Kiyevin Müstəqillik Meydanında, istərsə də parlamentdə – Ali Rada ciddi müzakirələr və buna uyğun rəy doğurur. Meydanda toplaşanlar zəngin həyatla öyünə bilməyəcək lüt-üryan kütlədir, parlamentdə toplaşanlar necə onların ən azı avtomobili varmı? Ümumiyyətlə, ukraynalı deputatlar hansı avtomobillərdə gəzirlər? 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “UDAR” Partiyasının lideri Vitali Kliçkonun maşını yoxdur, ən bahalı avtomobil “Batkivşina” fraksiyasının üzvü Tatyana Donetsindir.

Yeri gəlmişkən, Ukrayna deputatları arasında ən populyar avtomobillər “Mercedes-Benz”, “Toyota” və “Lexus”dur.

183 deputatın gəlir bəyannaməsi əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, yalnız 119 xalq təmsilçisinin avtomobili var. Lakin bu tam siyahı deyil. Çünki keçmiş iqtidar qurumu Regionlar Partiyasından olan bəzi deputatların gəlir bəyannamələri açıqlanmayıb.

Araşdırma göstərib ki, ən bahalı avtomobil sahibi olan Tatyana Donetsin 2007-ci il istehsalı olan  “Bentley Continental GTC”nin bazar qiyməti 135 min dollardır. Bu fraksiyanın üzvü olan Nikolay Martınenko daha bahalı maşınsa sahibdir. Onun 2010-cu il istehsalı olan “Mercedes-Bens SL65”in dəyəri təxminən 200 min dollardır.

Ən bahalı avtopark haqda bəyannaməni Regionlar Partiyasından olan xalq deputatı Vladimir Zubik verib. Onun ixtiyarında bazar dəyəri 266 min dollar olan 5 avtomobil var. Bunlar “BMW 750LI” (2011-ci il istehsalıdır), “Porshe Cayenne” (2008-ci il istehsalıdır), “Mercedes-Benz S class 5.0” (2003-cü il istehsalı), “Mercedes-Benz Viano” (2012-ci il istehsalı və 1995-ci il istehsalı olan “Toyota”dır.

“Batkivşina” fraksiyasının lideri, artıq baş nazir olan Arseni Yatsenyuk “Land Rover Range Rover” (2006-cı il istehsalıdır və bazar qiyməti 45 min dollardır), onun ailə üzvləri isə 2012-ci ildə istehsal olunan və dəyəri 100 min dollar olan eyni avtomobilə sahibdir.

“Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibokun “Toyota Sequoia” avtomobili var (2008-ci il istehsalıdır, dəyəri 50 min dollardır), onun ailəsinin sərəncamında isə 26 min dollarlıq (2009-cu il istehsalı) “Toyota RAV4” avtomobilindən istifadə olunur.

2012-ci ildə 40 milyon qrivna qazanan Vitali Kliçkonun nə özünün, nə də ailə üzvlərinin avtomobilləri yoxdur. 

 

 

  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi