Modern.az

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

30 İyul 2025, 11:09

“Avqustun 1-dən sonra ali məktəblərin magistraturalarında boş qalan plan yerləri ilə bağlı “Magistr” jurnalı dərc olunacaq və həmin yerlər üzrə ixtisas seçiminə start veriləcək”. 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, avqustun ortalarına qədər magistratura ilə bağlı bütün proses yekunlaşdırılacaq. V.Misirov müsabiqə qaydalarında bu il hər hansı ciddi dəyişikliyin gözlənilmədiyini də açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular