Modern.az

Sabah buludlu və yağıntısız hava şəraiti olacaq

Sabah buludlu və yağıntısız hava şəraiti olacaq

Təhsil

28 Fevral 2014, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 1-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

  Modern.az
Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil