Modern.az

Rza Zərrab və nazir övladları azadlığa çıxdı

Rza Zərrab və nazir övladları azadlığa çıxdı

Dünya

28 Fevral 2014, 16:36


Türkiyədə böyük rüşvət və korrupsiya əməliyyatlarında həbs edilən şəxslərin bir qismi azad olunub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azadlığa çıxanlar sırasında hadisələrin əsas “fiquru”, əslən azərbaycanlı iş adamı Rza Zərrab da var. Bununla bərabər keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan da azadlığa çıxıb.Məlumatlara görə onlara ölkədən çıxmaq qadağan olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?