Modern.az

Bakıya verilən içməli suyun həcmi azaldı - 6 rayon suyu fasiləylə alacaq

Bakıya verilən içməli suyun həcmi azaldı - 6 rayon suyu fasiləylə alacaq

Təhsil

28 Fevral 2014, 17:05

“Azərsu” ASC-nin Mətbuat xidməti  və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb. Bununla əlaqədar 1-5 mart 2014-cü il tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Modern.az

                                              

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı