Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazların ilk emissiyası ilə bağlı “Barclays”, “Deutsche Bank” və “Citi” banklarını səlahiyyətləndirib. Müvafiq olaraq 2014-cü il 3 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası dünyanın aparıcı üç kredit reytinq agenliyinin – “Fitch” (BBB-), “Moody`s” (Baa3) və “Standard & Poor`s” (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.
Modern.az