Modern.az

Suriyanın bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk - Nazir

Suriyanın bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk - Nazir

İqtisadiyyat

2 Avqust 2025, 11:50

Bu gün keçirilən mərasim birgə əməkdaşlığın hansı uğurlu nəticələrə gətirib çıxara biləcəyinin əyani sübutudur.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandan Türkiyə vasitəsilə Suriyaya təbii qazın nəqlinə dair keçirilən mərasimdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Suriya bu gün normallaşma prosesinə start verir.

“Çox qısa müddət ərzində bu layihənin həyata keçirilməsi üçün genişmiqyaslı işlər görüldü. Bu hadisə birgə səylərin nəticəsidir və Türkiyənin dəstəyi olmadan mümkün olmazdı. Qardaş ölkə kimi Suriyanın inkişafı və bərpası üçün birgə dəstəyimizi nümayiş etdiririk. Bu da əməkdaşlığımızın real nəticəsidir", – deyə Mikayıl Cabbarov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu