Modern.az

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

2 Avqust 2025, 12:30

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası​ vəfat edib.

Modern.az xəbər verir ki, şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif
edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza