“Gələcəkdə tıxacların qarşısının alınması üşün ayrıca avtobus yolları salınacaq”. Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. “Hazırda buna imkan yoxdur. Yəni yolların dar olması buna imkan vermir. Amma gələcəkdə ixtimai nəqliyyat üçün ayrıca yolun salınması gözlənilir”-deyə Namiq Həsənov bildirib.