Ötən gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü ev yanıb.
Modern.az xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın gecə saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülşən Raufqızı