Modern.az

AzərTac 94 yaşını qeyd edir

AzərTac 94 yaşını qeyd edir

Təhsil

1 Mart 2014, 10:33


Bu gün Azərbaycanın rəsmi dövlət informasiya agentliyi AzərTAc-ın 94 yaşı tamam olur. Modern.az saytı ölkənin ən yaşlı media qurumu olan AzərTAc barədə bəzi məlumatları nəzərinizə çatdırır.

Agentlik 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb.  Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000 -ci il yanvarın 17-dən  Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb dillərində dəqiq və operativ informasiya yayır.

AzərTAc Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu Agentliyi, Çinin Sinxua, Rumıniyanın  Rompress, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, İtaliyanın ANSA, İranın İRNA, eləcə də bir çox dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

2013-cü ilin sentyabrından AzərTAc Avrasiyadakı informasiya agentliklərinin birləşdiyi OANA təşkilatında vitse-prezidentlik edir. Təşkilatın üzv dövlətlərinin milli informasiya agentlikləri rəhbərlərinin səsverməsi əsasında AzərTAc 2016-2019-cu illərdə bu beynəlxalq struktura sədrlik edəcək. AzərTAc-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Ruiya, Ukrayna, Misir, Türkiy, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, Azərbaycanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AzərTAc foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır.  
AzərTAC-a tanınmış jurnalist Aslan Aslanov rəhbərlik edir.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı