Parlament Jurnalistlər Birliyi Bibiheybətdə jurnalistlər üçün tikilmiş binanın yerləşdiyi küçəyə “Əkinçi” qəzetinin adının verilməsi təklifi ilə çıxış edib.
Bunu Modern.az-a açıqlamasında Birliyin sədri Elşad Eyvazlı deyib:“Mərhum Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti milli mətbuatn qaranquşudur. Hazırda jurnalistlər üçün istifadəyə verilmiş binada 156 mənzil var. O binanın yanında yenisi də inşa edilir. Bu ərazi artıq bir növ media şəhərciyinə çevrilir. PJB təklif edir ki, bu şəhərciyin əhatə etdiyi küçə ilk milli qəzetimiz olan “Əkinçi”nin adını daşıması yaxşı olardı”. Xatırladaq ki, jurnalistlər Bibiheybətdə yerləşən binaya dekabr ayında köçüblər.
Misranə Həsənzadə