Modern.az

Tələbələrin köçürülməsinin nəticələri AÇIQLANDI

Tələbələrin köçürülməsinin nəticələri AÇIQLANDI

Təhsil

5 Avqust 2025, 17:01

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə Modern.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tələbələrdən xahiş olunur ki, 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etsinlər.

Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu