Rusiya Federasiya Şurası Krımda yaşayan rusların və Qara dəniz donanmasının təhlükəsizliyini təmin etmək üçün məhdud hərbi kontingentin Krıma yeridilə biləcəyini istisna etmir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenko çıxış edib. “Əlbəttə ki, müvafiq qərarı ölkə prezidenti, ali baş komandan verəcək. Lakin bu gün vəziyyəti nəzərə alsaq, belə variantı istisna etmək olmaz. Biz insanları qorumalıyıq”.
Modern.az