Modern.az

Putin Ukraynaya qoşun yeridir

Putin Ukraynaya qoşun yeridir

Təhsil

1 Mart 2014, 21:56

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası, bu ölkənin prezidenti Vladimir Putinin Ukraynaya hərbi qoşun yeritmək haqqındakı qərarını təsdiqləyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, parlamentdə aparılan müzakirələrdə ABŞ dövlət başçısı Barak Obamanın qırmızı cizginin keçdiyi də vurğulanıb. Ağ Evlə Kremlin  münasibətlərin pisləşəcəyi ehtimalını nəzərə alan Fedarsiya Şurasının sədr müavini Yuri Vorobyov Rusiyanın ABŞ-dakı səfirinin geri çağırılmasını tələb edib.  

Qeyd edək ki,  V.Putin Ukraynaya qoşun yeritməsi üçün Federasiya Şurasına müraciət etmişdi. “Ukraynadakı gərgin vəziyyət və Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu addım atılmalıdır. Qara dəniz hərbi donanmasının şəxsi heyətinin həyatı da təhlükədədir.  Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət düzələnə qədər  Rusiya Silahlı Qüvvələrinin  bu ölkənin ərazisinə yerləşdirilməsi üçün Rusiya Federasiya Şurasına müraciət edirəm” -deyə müraciətdə qeyd olunurdu.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı