Modern.az

Belçika Azərbaycana yeni konsul təyin etdi

Belçika Azərbaycana yeni konsul təyin etdi

Aktual

6 Avqust 2025, 16:46

Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.

Modern.az Belçika səfirliyinə istinadən xəbər verir ki, bu vəzifəyə diplomat Sara Van Buggenhout təyin olunub.

Diplomat Belçika səfirliyində qarşılanıb.

O, Azərbaycanı, eləcə də regionu daha yaxşı tanımaq və öyrənmək üçün səbirsizləndiyini ifadə edib.

Sara Van Buggenhout bu postda 4 il çalışacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza