Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obama ilə Ukrayna hadisələrini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada iki dövlət başçısının Ukraynadakı fövqəladə vəziyyətin müxtəlif aspektləri barəsində fikir mübadiləsi apardığı bildirilib. Məlumata görə Ağ Ev rəhbəri Rusiyanın Ukraynaya qoşun yeritməsindən narahatlığını dilə gətirib. V. Putin isə diqqəti irqçi qrupların Krım hakimiyyətinə qarşı təxribat fəaliyyətlərini həyata keçirəcəyinə diqqət çəkib. Kreml rəhbəri ABŞ prezidenti B. Obamaya bildirib ki, Ukraynada yaşayan rus vətəndaşlar üçün ciddi təhlükələr var. “Krım Muxtar Respublikasında şiddətin tətbiq edilməsi vəziyyətində rusca danışan əhalinin təhlükəsizliyini qorumaq bizim borcumuzdur”-deyə Putin qeyd edib. Bu arada Rusiyanın baş naziri Dmitri Medvedyev də ukraynalı həmkarı Arseniy Yatsenyukla teıefonla danışıb və Krımdakı rus vətəndaşların haqlarını müdafiə edəcəyini söyləyib. Bununla yanaşı D. Medvedyev Ukrayna ilə əlaqələrin inkişafının vacibliyindən də söz açıb.
Modern.az