Azərbaycanda avqustun 8-i saat 9:00-a olan məlumata əsasən hava yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.
Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb.
Avqustun 7-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.