Modern.az

Bakıda partiya qərargahında partlayış oldu

Bakıda partiya qərargahında partlayış oldu

Təhsil

3 Mart 2014, 08:14

Bu gün, martın 3-ü Bakı vaxtı ilə gecə saat 04:09 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Tələt Şıxaliyev küçəsi 8 ünvanında yerləşən mərkəzi qərargahında partlayış olub.

 

İlkin məlumata görə, partlayış binanın zirzəmisində qaz balonunun partlamasından sonra yanğınla müşayiət edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olsa da, binaya ciddi ziyan dəyib. “Amerikanın Səsi”nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. "Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur" deyə Amerikanın Səsinin müxbərir bildirir.

AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen “Amerikanın Səsi”nə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib. "Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb" deyə adının çəkilməsini istəməyən biznesmen bildirib. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı