Modern.az

MDHP müsabiqə elan edib

MDHP müsabiqə elan edib

Təhsil

3 Mart 2014, 09:07


Milli Dirçəliş Hərəkatı Partiyasının Mədəniyyət bölməsinin təşəbbüsü və dəstəyilə OZAN və RƏSSAM” adlı müsabiqə elan edilib. Müsaibiqə üç mərhələdən: I, II, III turdan ibarətdir. 
Müsabiqə zamanı münsiflər heyətinin tərkibində tanınmış musiqişünaslar, rəssamlar, saz-söz ustadları iştirak edəcəklər.
Müsabiqənin qalibləri müxtəlif mükafatlarla təltif olunacaqlar.
Müsabiqədə iştirak etmək arzusunda olanlar 10.03. 2014-cü il tarixinədək aşağıdakı ünvana müraciət edə bilərlər.

Ünvan: Bakı ş. M. Məmmədzadə küç. 5/7, Nəriman Nərimanov metrosu, Nərimanov Yol Polisi ilə üzbə-üz. MDHP Mərkəzi Qərargahı. 
Tel: 055 850 78 64
+994125671180
+994125674395

Qeydiyyat həftənin beş iş günü (I-V) saat 11-dən 16-dəkdir . I, II, III tur baxış müddəti 18.03.2014-cü il tarixinədək yekunlaşacaq. Yekun konserti mart ayının axırında başa çatacaq. Müsabiqənin qalibləri üçüncü turda müəyyənləşəcək və müxtəlif mükaftlarla təltif olunacaqlar. 
MDHP Mədəniyyət bölmənsinin təşəbbüsü ilə keçiriləcək müsabiqənin məqsədi istedadlı gənc rəssam və saz ifaçılırını üzə çıxarmaq, eyni zamanda vətənpərvərlik məfkurəsini mədəniyyətimizin gündəminə gətirməkdir. 
Rəssamlıq üzrə müsabiqədə iştirak etmək istəyən rəsm yaradıcıları vətənpərvərliyə aid bir-neçə əsərlərini qeydiyyat zamanı təqdim etməlidir.
Saz-söz üzrə müsabiqədə iştirak etmək istəyənlər folklorla bərabər müasir dövr vətənpərvərlik mövzusunda şeirlər bilməlidirlər və klassik saz havaları ifa etməyi də bacarmalıdırlar. 
Müsabiqə iştirak edənlrin yaş hədləri 8-35 yaş arası nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı