Modern.az

Maliyyə Nazirliyi depozit hərracı keçirdi

Maliyyə Nazirliyi depozit hərracı keçirdi

İqtisadiyyat

8 Avqust 2025, 17:40

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza