Modern.az

Tramp-Paşinyan görüşü başa çatdı - YENİLƏNİB

Tramp-Paşinyan görüşü başa çatdı - YENİLƏNİB

Dünya

8 Avqust 2025, 23:43

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Modern.az xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.

Görüşdə, digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.

Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.

***

23:02

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb.

Modern.az xəbər verir ki, Tramp Paşinyanı qarşılayaraq əl sıxıb və media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Paşinyanla görüşdən sonra Prezident Tramp Ağ Evdə təşkil olunacaq genişmiqyaslı danışıqlarda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə təklikdə görüşəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu