Modern.az

Trampın görüş təklifini qəbul etməyən ULDUZ

Trampın görüş təklifini qəbul etməyən ULDUZ

Dünya

10 Avqust 2025, 09:23

Tanınmış aktrisa Emma Tompson Lokarno Film Festivalında bir vaxtlar gələcək prezident Donald Trampla görüşdən imtina etdiyini etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deadline" nəşri yazıb.

 

Kino ulduzu 1998-ci ildə Mayk Nikolsun "Əsas rənglər" filminə çəkilən zaman Trampın ona zəng etdiyini deyib.

 

"O, "Salam, bu Donald Trampdır" dedi. Bunun zarafat olduğunu düşündüm və dedim ki, sizin üçün nə edə bilərəm? O, məndən onunla nahar etməyimi istədi, dedim ki, bu, çox yaxşı olardı və mən özüm ona zəng vuracağam", - Tompson xatırlayıb.

 

Aktrisa bildirib ki, söhbət o, boşandıqdan sonra baş tutub və o, Trampın onun nömrəsini necə tapdığını anlamayıb.

 

"Mən Donald Trampla görüşə gedə və ABŞ tarixinin gedişatını dəyişə bilərdim", - deyə ikiqat "Oskar" laureatı zarafatla bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza