Modern.az

“Papanin”i də buldozerin qabağına verəcəklər - İcra Hakimiyyətindən AÇIQLAMA

“Papanin”i də buldozerin qabağına verəcəklər - İcra Hakimiyyətindən AÇIQLAMA

Ölkə

3 Mart 2014, 13:07


“Yeni metro stansiyasının tikintisi ilə əlaqədar “Papanin” adlanan ərazidə də müəyyən tikililər sökülüb. Amma məhəllənin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur. Düşünürəm ki, proses nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilməyəcəyəm”.

Bunu Modern.az saytına açıqlamasında Nəsimi rayonu İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyev deyib. Onun verdiyi arayışa əsasən, ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli , kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. ““Papanin” məhəlləsində isə belə tikililər lap  çoxdur”-deyə Nazim Quliyev bildirib.

Qeyd edək ki, ““Papanin” adlanan ərazidə, hərbi hospitalın yaxınlığında şərti adı hələlik B3 olan metro stansiyası tikilir. Bu tikinti ilə əlaqədar əraidə xeyli ev sökülüb, söküntü işləri davam etdiriləcək.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi