Modern.az

Hərbi xidmətdən yayınanlar, fərarilər, itkinlər - Axtarılanların STATİSTİKASI

Hərbi xidmətdən yayınanlar, fərarilər, itkinlər - Axtarılanların STATİSTİKASI

Ölkə

13 Avqust 2025, 10:57

Ötən il 88 nəfər hərbi xidmət keçməkdən boyun qaçırmaya görə axtarışa verilib.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi məlumata görə, 2024-cü ildə 41 nəfər barəsində fərariliyə görə axtarış elan edilib.

Aparılan axtarış tədbirləri nəticəsində hərbi xidmət keçməkdən boyun qaçıran 75 nəfərin yeri müəyyən edilib.

Fərariliyə görə axtarılan 41 nəfərdən 8 nəfərin də yeri müəyyənləşdirilib.

Bundan başqa, 2024-cü ildə 986 nəfər itkin düşmüş şəxs kimi axtarışa verilib. Onlardan 152 nəfər 18 yaşadək uşaqlar olub. Görülən tədbirlər nəticəsində itkin düşmüş şəxslərdən 874 nəfərin yeri müəyyən edilib ki, onlardan da 151-i 18 yaşadək uşaqlardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu