Modern.az

BMU məzunu 6 universitetdən qəbul qazandı

BMU məzunu 6 universitetdən qəbul qazandı

Təhsil

14 Avqust 2025, 16:18

Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi (ingilis dilində) ixtisası üzrə builki məzunu Nərmin Şiri Azər 6 nüfuzlu universitetdən magistratura səviyyəsinə qəbul alıb.

Universitetdən Modern.az-a bildirilib ki, BMU məzunu Böyük Britaniyanın Edinburq, Vorvik, Vestminster, Qlazqo universitetlərində, İtaliyanın Padua Universitetində, həmçinin Latviya Universitetində təhsilini davam etdirmək hüququ qazanıb.

Nərminin seçimi Latviya Universitetinin epidemiologiya və tibbi statistika” ixtisası olub. O, Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində “Latviya dövlət təqaüdü”nə layiq görülüb.

BMU-nun məzunu beynəlxalq təhsilə doğru mühüm addım atmaqla ölkəmizin gəncliyini qürurla təmsil etməyi və qazandığı bilik, bacarıqlarla ölkəmizin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu