Modern.az

“Qafqazinfo”nun 15 yaşı tamam olub

“Qafqazinfo”nun 15 yaşı tamam olub

Media

16 Avqust 2025, 08:55

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur.

Modern.az-ın məlumatına görə, 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.

Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir. 

“Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Onun instaqram, feysbuk və teleqram hesabları aktiv işləyir.

Modern.az həmkarları təbrik edir!

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı