Modern.az

Uşakov Putin-Tramp-Zelenski görüşü barədə danışdı

Uşakov Putin-Tramp-Zelenski görüşü barədə danışdı

Dünya

16 Avqust 2025, 11:18

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında növbəti görüşünün tarixi hələ bilinmir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

O, həmçinin Putin-Tramp-Zelenski görüşü barədə də fikir bildirib.

"Putin, Tramp və Zelenski arasında üçtərəfli sammitin keçirilməsi mövzusu hələ gündəmə gətirilməyib" - Uşakov deyib.

Xatırladaq ki, dünən Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. ABŞ-nin Alyaska ştatının Ankoriç şəhərində keçirilən və 3 saat çəkən görüş barədə Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular