Modern.az

Kamçatkada güclü zəlzələ

Kamçatkada güclü zəlzələ

Dünya

16 Avqust 2025, 21:49

Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

 

Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.

 

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular