“Dünən baş nazirin müavini Abid Şərifov Yasamal rayon sakinləri ilə görüşüb və lazım olan iş həll olunub”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib. Onun sözlərinə görə, evlərin sökülməsi məcburi xarakter daşımır: “Bildiyiniz kimi qərar verən tərəf mən deyiləm. Hökumət üzvləri artıq qərarlarını açıqlayıblar. O nöqteyi-nəzərdən məsələ könüllülük prinsipi əsasında həll olunur. Kim razılaşmır işığı, qazı kəsilmədən öz evində qalır, kim razı olacaqsa köçürüləcək”.
Qeyd edək ki, dünən Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə sakinlər evlərin sökülməsinə qarşı etiraz ediblər.
Namidə Bingöl