Modern.az

Arif Hacılı iqtidara SƏSLƏNDİ: “Qarabağı azad etmək üçün tarixi fürsət yaranıb”

Arif Hacılı iqtidara SƏSLƏNDİ: “Qarabağı azad etmək üçün tarixi fürsət yaranıb”

Ölkə

4 Mart 2014, 12:00


“Krımda, ümumiyyətlə Ukraynada baş verən hadisələr dünya düzənini dəyişdirə bilər”. Modern.az saytının məlumatına görə bunu özünün facebook səhifəsində Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yazıb. O bildirib ki, Rusiyanın beynəlxalq normalara zidd davranışı, işğalçılıq siyasəti ABŞ və Avropa tərəfindən sərt təpki ilə qarşılanıb. Partiya rəsmisinin fikrincə, Avrasiya məkanında təsir imkanlarını genişləndirmək uğrunda mübarizənin həlledici mərhələsinin başlandığı göz önündədir. “Qərblə Rusiya arasında münasibətlər soyuq müharibə dövründən sonra heç vaxt belə kəskin olmayıb”-deyən A. Hacılı Azərbaycanı da bu fürsətdən yararlanaraq Qarabağ problemini həll etməyə çağırıb. Azərbaycan xalqına, siyasi qüvvələrə, ilk növbədə isə Azərbaycan hakimiyyətinə səslənirəm: Bəlkə yaranmış bu vəziyyət Qarabağı azad etmək üçün tarixi bir fürsətdir ?! Bəlkə son və qəti addımlarımızı atmaq imkanlarımızı dəyərləndirək ?!”-deyə Müsavat funksioneri yazıb.  

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi