Modern.az

Ərdoğan İrana səfərə hazırlaşır

Ərdoğan İrana səfərə hazırlaşır

Dünya

18 Avqust 2025, 00:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bununla bağlı İran xarici işlər nazirinin müavini Səid Xətibzadə türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşdə açıqlama verib.

Xətibzadə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının 9-cu iclasının keçiriləcəyini xatırladaraq, Ərdoğanın Tehrana planlaşdırılan səfərinin iki ölkə münasibətləri baxımından vacib əhəmiyyət daşıdığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama