Modern.az

Zelenski qoşunların Donbasdan çıxarılmasına razı deyil

Zelenski qoşunların Donbasdan çıxarılmasına razı deyil

Dünya

18 Avqust 2025, 09:26

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə bu gün ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Modern.az-ın məlumatına görə, görüş zamanı Alyaskada keçirilən Putin-Tramp sammitinin nəticələri müzakirə ediləcək.

"Financial Times" nəşri yazır ki, Zelenskinin Trampla görüşündə məqsədi Ukraynanı Donbasdan qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atmağa məcbur etmədən məhsuldar sülh yolu ilə həll prosesini müzakirə etmək olacaq.

Nəşrin mənbələri qeyd edir ki, bunun üçün o, hazırkı cəbhə xəttində ukraynalıların qəbul edə biləcəyi kompromislə razılaşmağa hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama