Modern.az

Deputat: “Bu qədər səhiyyə obyektlərinə ehtiyac yoxdur”

Deputat: “Bu qədər səhiyyə obyektlərinə ehtiyac yoxdur”

4 Mart 2014, 12:23

Modern.az bildirir ki, Milli Məclisin bu günkü plenar iclasında deputat Qüdrət Həsənquliyev ağır xəstəliklərin müalicəsinə yardım olunması üçün xüsusi Fondun yaradılmasını təklif edib.

Deputat bildirib ki, son zamanlar Azərbaycanda uşaqlar müxtəlif xəstəliklərə tutulurlar. “Heydər Əliyev Fondu buna köməklik edir. Tanınmışların da ölkədən kənarda müalicə almasına yardım göstərir. Müxtəlif elm, sənət xadimlərinin xaricdə müalicə olunmasının şahidi olmuşuq. Amma bu kifayət deyil. Bunun üçün Azərbaycanda xüsusi fond yaradılmalıdır. Bir müddət öncə mənə Nərmin Hüseynovanın xaricdə müalicə olunması ilə bağlı kompaniyaya dəstək vermək üçün müraciət etdi. Bu gün gənclər uşaqlar sağalması çətin olan xəstəliklərə tutulurlar və xaricə üz tuturlar.

Hesab edirəm ki, Fond yaradılsın və azərbaycanlı iş adamları həmin fonda köməklik edərlər”-deyə deputat bildirib.   Deputat icbari sığorta ilə bağlı məsələnin yenidən müzakirə edilməsini istəyib.

“Bu çox yaxşı olar. Səhiyyə bazar iqtisadiyyatına uyğun qurulsun. Bu qədər səhiyyə obyektlərinə ehtiyac yoxdur. Onların əklsəriyyəti özəlləşdirilməlidir”.

 

 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...